ağzı dolu danışmaq

to speak heartily (to mouth) говорить с пеной во рту (с большим наслаждением, восторгом о чём-либо)
ağzı deyil
ağzı əymək
OBASTAN VİKİ
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Həqiqətin ağzı
"Həqiqətin ağzı" (it. Bocca della Verità) — üzərində Triton (və ya Okean) təsvir olunmuş antik dairəvi mərmər üzlükdür. Təxminən e.ə. IV əsrə aiddir. XVII əsrdən etibarən Romanın Müqəddəs bakirə Məryəm (it. Santa Maria in Cosmedin) kilsəsinin girişində qoyulmuşdur. 1,75 m diametrə, 19 sm qalınlığa, 1200–1300 kq çəkiyə malik bu üzlük çox güman ki, hər hansısa fəvvarənin bir hissəsi olmuşdur. Orta əsrlərdən etibarən yalan detektoru kimi tanınır: belə ki, yalançı əlini onun ağzına soxarsa, ilahi onu dişləyə bilər. Bir çox məşhur filmlərin ("Roma tətilləri"-(ing. "Roman Holiday")-Uilyam Uayler (baş rollarda: Qreqori Pek, Odri Hepbern), "Şirin həyat"-(it.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.
Dolu (yağıntı)
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolu bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Özünüzlə səslə danışmaq
Özünüzlə səslə danışmaq — insanın digər insanların yanında da daxil olmaqla, özü ilə ucadan danışdığı psixoloji vəziyyət. İnsanın özü ilə davamlı daxili ünsiyyətinin psixoloji prosesi ilə əlaqələndirilir. Özünüzlə yüksək səslə danışmaq şəxsiyyətin inkişafında müsbət rol oynayır. Bəzi insanlar bunu psixi pozuntu kimi qəbul edirlər, lakin öz-özünə danışmaq həmişə psixi pozuntunun əlaməti deyil. 2-7 yaş arasında uşaqların öz-özünə danışdıqlarını müşahidə etmək olar. Onların danışıqları səsli olsa da, nə başqaları üçün nəzərdə tutulub, nə də onlara yönəlib. Tədqiqatçılar uşaqların öz-özü ilə danışmalarından istifadə etmələri ilə onların tapşırıqların icrası və nailiyyətləri arasında müsbət korrelyasiya olduğunu qeyd ediblər. Bu faktı daha əvvəl Vıqotski qeyd etmişdir. Uşaqlar məktəbə getdikdən sonra onların öz-özünə danışıqları azalır və “gizli” olur. Banqalor Universitetinin alimləri Mery–Beffa Paloma və Aleksander Kirkheim tədqiqatlar nəticəsində sübut ediblər ki, tapşırıqları yüksək səslə söyləmək onların icrasına nəzarəti yaxşılaşdırır..
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Uşaqlıq ağzı xərçəngi
Uşaqlıq ağzı xərçəngi, serviks xərçəngi, servikal xərçəng bütün dünyadakı qadın xərçəngləri arasında döş və bağırsaq xərçəngindən sonra 3. sıxlıqda görülən xərçəng tipidir. Serviks Xərçəngi qadın artıma orqanlarından biri olan rəhmin (uterus) ağız qismi olan rəhm ağızının (serviks) normal xarici inkişaf nəticəsində yaranan pis xasiyyətli şişinə verilən addır. Ancaq darama testlərini məşhur olaraq istifadə edərək serviks xərçənginin görülmə sıxlığını və bu xərçəngə bağlı ölüm nisbətlərini azaltmaq mümkündür. Uşaqlıq ağzının səthini yaradan hüceyrə təbəqəsinin anormal hüceyrələrə çevrilməsiylə " xərçəng öncülləri" adlanan hüceyrələr meydana gəlir. Xərçəng öncülləri; prekanseröz strukturlardır və erkən müəyyən olunub müalicə edilmədiklərində uşaqlıq ağzı xərçənginə çevrilə bilərlər. Bu dəyişikliklərdən məsul olan əsas faktor, "HPV" olaraq bilinən İnsan papilloma virusudur. Uşaqlıq ağzı xərçəngi ümumiyyətlə orta və orta yaş üstü qadınlarda görülsə də, hər hansı bir yaşda da ortaya çıxa bilər. Uşaqlıq ağzı xərçəngindən qorunmaq üçün İlk cinsi əlaqədən 3 il sonra ginekoloji yoxlanışlar sırasında PAP smear testi edilməsi tövsiyə edilir. 30 yaş üzərində 3 ardıcıl normal PAP test nəticəsindən sonra PAP smear testi 2 −3 ildən bir edilə bilər.
Dolu (film, 2012)
Dolu — tammetrajlı bədii müharibə filmi rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Film aktyor Mayak Kərimovun kinoda son işidir. Filmdəki trük səhnələrinin çəkilişlərində Azərbaycan Kaskadyorlar Assosiasiyasının üzvləri iştirak etmişdir. Filmin döyüş və kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkilib. Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Börgin Ağzı yaşayış yeri
Börgin Ağzı yaşayış yeri — Qazax rayonunun Daş Salahlı kəndindən Aslanbəyli kəndinə gedən yolun 500 metr qərbində yerləşir. Tunc dövrünə aid ölkə əhəmiyyətli arxeoloji abidədir.
Amontiladon dolu çəllək (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Paranormal hadisələrlə dolu ev
Paranormal hadisələrlə dolu ev (ing. Haunted House) və ya Ruhlu ev (ing. Ghost House) — adətən içərisində keçmiş sakinlərinin bədənlərini tərk edən ruhların yaşadığı sezilən yaşayış evi. Parapsixoloqlar ruhları adətən qətl, təsadüfi ölüm və ya intihar kimi faciəvi hadisələrdən əziyyət çəkmiş sakinlərlə əlaqələndirir. Əksər hallarda, elmi istintaq nəticəsində fövqəltəbii və ya paranormal adlandırılan hadisələrin arxalarında yalanlar, ekoloji təsirlər, hallusinasiyalar və qərəzli yanaşmalar kimi başqa şeylərin dayandığı aşkar olunur. Böyük, köhnə və tərk edilmiş evlər, o cümlədən qalalar içərisində baş verən paranormal hadisələrlə bilinir. Baş verdiyi iddia edilən hadisələrə cırıldama səsləri, tərpənməz əşyaların hərəkəti və ruhların görünməsi aiddir. 2005-ci ildə üç ölkədə – ABŞ, Kanada və Böyük Britaniyada keçirilən sorğuya əsasən, insanlar siyahıda qeyd olunan digər paranormal hadisələr əvəzinə, ruhlu evlərə inanır. "Haunted Houses: The Film Genre That Won't Die". CNN. "Hong Kong's Hot Market in "Haunted" Houses".
Dolu Kadehi Ters Tut
Dolu Kadehi Ters Tut (hərf. Dolu qədəhi tərs tut) qısaca DKTT — 2014-cü ildə vokalist Uğurhan Özay və gitarist Mürsel Oğulcan Ava tərəfindən qurulan və bu 2 nəfərdən ibarət pop-rok və alternativ rok qrupu. Qrupun işlərinə hazırda 5 studya albomu, 5 mini-albom, 25 sinql, 16 videoklip daxildir.
Günəşlə dolu dünya (film, 1973)
İblislərlə dolu dünya. Elmin şam işığında (əsər)
İblislərlə dolu dünya. Elmin şam işığında - əsər elmi metodu sadə insanlara izah etməyi və insanları tənqidi və şübhəli düşünməyi öyrənməyə təşviq etməyi hədəfləyir.